BİZİM TƏQVİM: 24 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 24 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 24 sentyabrda baş vermiş tarixi hadisələr

212795

24 sentyabr 1993-cü ildə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olub. Moskvada MDB dövlət başçılarının sammitində iştirak edən Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev ölkəmizin quruma üzvlüyü barədə sənədləri imzalayıb.

Bəs, sentyabrın 24-də dünyada daha hansı hadisələr baş verib?

1. 24 sentyabr 1852-ci ildə fransız ixtiraçısı Henri Giffard ilk dəfə dirijablla  Parisdən 27 kilometr məsafədə yerləşən Trappesə uçdu.

2. 24 sentyabr 1905-ci ildə Norveç İsveç Krallığından ayrılaraq müstəqil dövlət olub. İsveç-Norveç uniyası (ittifaqı) 1751-ci ildə bağlanmışdı. Həmin ittifaqadək Danimarka Krallığının nəzarəti altında  olan Norveç İsveçlə uniya bağladıqdan sonra nisbi özünüidarə hüququ qazanmışdı. Müstəqilliyini elan edəni Norveçin ilk kralı isə danimarkalı VII Haakon oldu. Danimarka Norveçin ərazisi sayılan Qrenlandiyanı da nəzarətində saxladı.

3. 24 sentyabr 1947-ci ildə Hindistanda müsəlman mühacirlərini daşıyan qatar Pəncab sərhədində dayandırıldı, sikxlər 1200 mühaciri güllələdilər.

4. 24 sentyabr 1971-ci ildə Böyük Britaniya 90 rus diplomatının casusluq etdiklərini səbəb göstərərək deportasiya etdi.

5. 24 sentyabr 1974-cü ildə Kipr Sülh Hərəkatı səbəbindən ABŞ Senatı Türkiyəyə hərbi yardımı dayandırmaq barəsində qərar qəbul etdi.

6. 24 sentyabr 1981-ci ildə erməni terrorçuları Türkiyənin Parisdəki Baş Konsulluğuna basqın təşkil etdilər. Basqında təhlükəsizlik xidmətinin işçisi Camal Özən şəhid oldu, baş konsul Qaya İnal yaralandı.

7. 24 sentybr 1999-cu ildə Londonda Beyker Stritdə Şerlok Holmsun abidəsi açılıb. İngilis yazıçısı Artur Konan Doylun yaratdığı bu personaj haqlı olaraq detektiv janrının klassiki hesab edilir.

8. 24 sentyabr 2008-ci ildı Bakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti keçirilib. Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən sammitin məqsədi gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal iş aparılması olub.

9. 24 sentyabr 2015-ci ildə Həcc zəvvarlarının yaşadığı Mina çadır şəhərciyində yaranan izdihamda 753 nəfər vəfat etdi, 888 nəfər yaralandı.

Sentyabrın 24-də bu şəxsiyyətlər xatırlanır:

1. 24 sentyabr 1936-cı ildə bədii qiraət ustası, aktrisa, Xalq Artisti Əminə Yusif qızının anadan olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (1964-1974) işləyib. Sonralar “Azərbaycanfilm” kinostudiyasında dublyaj, səsləndirmə sahəsində fəaliyyət göstərib. “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib. Prezident İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən Əminə Yusif qızı Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2. 24 sentyabr 1977-ci ildə şair, Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə;  20.10.1913 – 1977) vəfat edib. Ədəbi nəşrlərdə müxtəlif vəzifələrdə çalışıb. Rus dilindən ədəbi tərcümələr edib.

3. Xalidə Camal qızı Quliyeva (24 sentyabr 1952) — Azərbaycanlı kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2019) Xalidə Quliyeva 24 sentyab 1952-ci ildə anadan olub.

4. Azərbaycan heykəltaraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki (2009), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq rəssamə Fuad Salayev 24 sentyabr 1943-cü ildə anadan olub.

5. 24 sentyabr 1996-cı ildə Türk sənət musiqisi sənətçisi Zəki Müren 65 yaşında vəfat etdi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO