Güneyli yazıçı, jurnalist, naşir və mədəni fəal Zöhrə Vəfayi dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" Telegram kanalı yayıb.
Məlumata görə, Zöhrə Vəfayi “Çuvalduz” satirik aylıq nəşrinin baş redaktoru, Zeynəb Paşa nəşriyyatının sahibi, əksəriyyəti türk dilində və Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı onlarla kitabın müəllifi və redaktoru olub.
Qeyd edək ki, mərhum yazıçı “Uşaq Məktəbi”, “Azərbaycan məşhurları” (5 cild), “Hamam və onun Azərbaycan mədəniyyətində rolu”, “Aşıqlar və qarğışlar”, “El bayatıları”, “Oyunlar”, “Sinemalar”, “Azərbaycan yeməkləri”, “Peşələr”, “Laylalar” və çox sayda digər kitabın müəllifi olub.
Bizim.Media