8 qrosmeyster Şuşada Vüqar Həşimov Memorialında iştirak edəcək

8 qrosmeyster Şuşada Vüqar Həşimov Memorialında iştirak edəcək

Hazırda oxunan: 8 qrosmeyster Şuşada Vüqar Həşimov Memorialında iştirak edəcək

212743

Polşalı şahmatçı Yan Kşiştof Duda ilk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək.

Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, buna 2808 FIDE reytinqinə malik iti zəka sahibinin səhhətində yaranan problem səbəb olub.

Qeyd edək ki, turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrosmeysterlər rapid və blits növündə mübarizə aparacaqlar.

Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, AŞF-nin təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO