Bakı metrosunda gün ərzində ikinci PROBLEM: Sərnişinlər düşürüldü

Bakı metrosunda gün ərzində ikinci PROBLEM: Sərnişinlər düşürüldü

Hazırda oxunan: Bakı metrosunda gün ərzində ikinci PROBLEM: Sərnişinlər düşürüldü

212738

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siqnal daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, maşinist stansiyada qatara baxış keçirib, problem aşkarlanmasa da, əlavə qaydada qapıların açılıb-bağlanması və təkrar yoxlama aparılıb.
 

Xətlərdə intervalların daha da artmaması məqsədilə təkrar yoxlamanın qatar xətdə hərəkət etməklə aparılması qərara alınıb. Sərnişinlər düşürülüb, yolboyu bütün qapılarda xüsusi texniki yoxlamalar aparılıb. 


Nasazlıq olmadığı üçün qatar “Nərimanov” stansiyasından sərnişinlərlə yoluna davam edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO