Qarabağ Universitetində ilk dərs günü - FOTO

Qarabağ Universitetində ilk dərs günü - FOTO

Hazırda oxunan: Qarabağ Universitetində ilk dərs günü - FOTO

212709

Sentyabrın 24-dən Qarabağ Universitetində ilk dərs günü başlanıb.

Bizim.Media xəbər verir ki, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrini salamlayaraq yeni tədris ilini açıq elan edib.

Ş.Bayramov tələbələrə yeni dərs ilində uğurlar arzulayaraq bildirib ki, burada təhsil alan gənclər Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanıblar.

Rektor vurğulayıb ki, tələbələr universitetin və bütövlükdə regionun inkişafında fəal rol oynayacaqlar.

Qeyd edək ki, Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünasliq ixtisası üzrə qeydə alınıb.
 

Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.


Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO