Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi BAŞLADI

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi BAŞLADI

Hazırda oxunan: Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi BAŞLADI

212707

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilib. 

Bu barədə Bizim.Media-ya Təhsil İnstitundan məlumat verilib. 

Bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. 
 

Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər. 


Qeydiyyat və saytın istifadə qaydalarına dair təlimat videosuna aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz: //youtu.be/UzutAmMm7T0 

Qeyd edilib ki, prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. 

Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir. 

Məlumatda əlavə olaraq, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi ilə bağlı yarana biləcək sualların cavabları təqdim edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO