Gəncədə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü 2004-cü il təvəllüdlü F. Məmmədov hadisə yerində ölüb.
Qeyd edək ki, qəzaya uğrayan avtomobil "Mercedes" markalı minik avtomobili olub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media