Ahıl yaşlı xanıma zəng edərək nəvəsinin səs tonu ilə danışıb 16 min dollar istəyiblər.
Bizim.Media xəbər verir ki, Bakı şəhər sakini Kəvakib Qasımovanın sözlərinə görə, o, edilən zəngə inanıb və çox həyəcan keçirib.
Ailənin digər üzvlərindən biri telefonu götürərək məsələni aydınlaşdırmaq istəyib. Bir müddət danışdıqdan sonra onların dələduz olduğunu anlayıb.
Hadisə zamanı evdə internet işləməyib. Vətəndaşlar iddia edirlər ki internet xidmətini dayandıran məhz həmin kiberdləduzlar olub. Hadisədən sonra aidiyyəti qurumun müdaxiləsi nəticəsində xidmət bərpa edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, son zamanlar kiberdələduzlar vətəndaşlar haqqında məlumat məlumat toplayaraq onlardan istifadə edirlər.
Nazirlikdən o da qeyd edilib ki, vətəndaşlar bu cür hallarda daha diqqətli olmalı və tanımadığı insanlara inanmamalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:06 / 22.09.2024
Yeni dələduzluq növü: Ev telefonlarına ZƏNG EDƏRƏK... - VİDEO
Hazırda oxunan: Yeni dələduzluq növü: Ev telefonlarına ZƏNG EDƏRƏK... - VİDEO
Hazırda oxunan: Yeni dələduzluq növü: Ev telefonlarına ZƏNG EDƏRƏK... - VİDEO
212672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.