Yevlaxda 39 yaşlı kişinin ölümünə sevgilisi səbəb olub? - VİDEO

Yevlaxda 39 yaşlı kişinin ölümünə sevgilisi səbəb olub? - VİDEO

Hazırda oxunan: Yevlaxda 39 yaşlı kişinin ölümünə sevgilisi səbəb olub? - VİDEO

212670

Yevlax sakininin avtomobillə qəsdən adam vurmasının detalları məlum olub. Belə ki, aralarında baş verən mübahisə nəticəsində 1981-ci il təvəllüdlü, rayon sakini Zamin Cavadov 1985-ci il təvəllüdlü Elvin İbrahimovu avtomobillə vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, mərhumun bacısı Bahar Sərdarova qətl hadisəsinin qadına görə baş verdiyini bildirib:

"Hadisə ilə bağlı işdə olarkən eşitdim. Elvinin evli olduğunu bilsə də, ondan əl çəkmirdi. Elvin onunla ayrılmaq istədiyini deyəndə, qız ona "səni öldürəcəyəm" deyib".

Elvin İbrahimovun bibisi Dursun Atakişiyeva da deyilənləri təsdiq edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən Zamin Cavadov həbs edilib.

Qeyd edək ki, Elvin taksi sürücüsü kimi fəaliyyət göstərib və iki övladı olub.

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO