39 yaşlı kişinin üzərindən avtomobillə keçilərək qəsdən öldürüldü – DETALLAR - VİDEO

39 yaşlı kişinin üzərindən avtomobillə keçilərək qəsdən öldürüldü – DETALLAR - VİDEO

Hazırda oxunan: 39 yaşlı kişinin üzərindən avtomobillə keçilərək qəsdən öldürüldü – DETALLAR - VİDEO

212667

39 yaşlı kişi avtomobillə vurularaq öldürülüb. Qətl hadisəsi ötən axşam Yevlaxda, Nizami parkının yaxınlığında törədilib. Rayon prokurluğuna 39 yaşlı Elvin İbrahimovun ölməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, araşdırma zamanı 43 yaşlı  Zamin Cavadovun şəxsi münasibətlər zəmnində Elvin İbrahimovu avtomobillə vurmasına, daha sonra isə həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yaxınları iddia edirlər ki, şübhəli şəxs əvvəlcə Elvin İbrahimovun idarə etdiyi minik avtomobilini öz maşını ilə vurub, sonra isə onun üzərindən keçib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən adamöldürmə maddəsilə cinayət işi başlanıb. Zamin Cavadov iş üzrə şübhəli şəxs qismində tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO