Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başladı

Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başladı

Hazırda oxunan: Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başladı

212632

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan məktəbi 2024-2025-ci illər üzrə yeni tədris ilinə başlayıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva məktəbi ziyarət edib, şagirdləri yeni tədris ilinə başlamaları münasibətilə təbrik edib.

Şagirdlər ilk dərs günü Azərbaycan dövlət himnini oxuyub, dahi Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin qarşısında şəkil çəkdiriblər.

Bu il Xurşidbanu Natəvan adına məktəbdə Azərbaycan dili, musiqi, rəsm dərsləri tədris olunacaq. Məktəbə 15-ə yaxın şagird yazılıb. Onlar arasında soydaşlarımızla yanaşı, ukraynalı, fransız və digər xalqlardan olan ailələrin uşaqları da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO