Xəzərin Novxanı sahilindən 3 ton tullantı TƏMİZLƏNDİ - FOTO

Xəzərin Novxanı sahilindən 3 ton tullantı TƏMİZLƏNDİ - FOTO

Hazırda oxunan: Xəzərin Novxanı sahilindən 3 ton tullantı TƏMİZLƏNDİ - FOTO

212623

Mövsümün sonuncu kütləvi təmizlik aksiyası təşkil olunub.

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində "Xəzəri qoruyaq" devizi altında mövsümün sonuncu kütləvi təmizlik aksiyası Xəzərin Novxanı sahilində keçirilib.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu dəfə "Xəzər həftəsi" ərəfəsində təşkil olunan maarifləndirici aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və özəl qurumların təmsilçiləri, könüllü gənclər təşkilatlarının üzvləri, həmçinin tanınmış ictimaiyyət nümayəndələri iştirak edib, aksiya zamanı dəniz sahilindən 3 ton tullantı təmizlənərək daşınıb.
 

Qeyd edək ki, “Təmiz ölkəm” devizi altında davam edən Ümumrespublika Təmizlik Marafonuna may ayından start verilib, təmizlik aksiyaları hər həftənin 4 və 6-cı günləri ölkənin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edib.


Məqsəd vətəndaşlarımızı ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, o cümlədən Xəzər sahilini təmiz saxlamağa təşviq edərək belə maarifləndirici aksiyalara daha geniş kütlənin cəlb olunması təbliğatını genişləndirməkdir.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO