Sabah YAP-ın parlamentin sədrinə və sədrin I müavini postuna namizədləri kim olacaq?

Sabah YAP-ın parlamentin sədrinə və sədrin I müavini postuna namizədləri kim olacaq?

Hazırda oxunan: Sabah YAP-ın parlamentin sədrinə və sədrin I müavini postuna namizədləri kim olacaq?

212620

Sabah Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri və sədrin I müavini postuna namizədləri müəyyənləşəcək.

Qeyd edək ki, sabah VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Sentyabrın 23-də Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO