DSMF-nin sabiq şöbə müdirinin qanunsuz əməllərinin yeni DETALLARI

DSMF-nin sabiq şöbə müdirinin qanunsuz əməllərinin yeni DETALLARI

Hazırda oxunan: DSMF-nin sabiq şöbə müdirinin qanunsuz əməllərinin yeni DETALLARI

21258

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində 2017-2020-ci illər ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası vəziyyətinin yoxlanılması zamanı nöqsanların aşkar edilməsi faktı ilə bağlı həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaq aparılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Nazirliyin vəzifəli şəxsləri məhkəmə qarşısına çıxarılacaq


Müəyyən edlilib ki, Fondun Şabran rayon şöbəsinin müdiri İlqar Rzayev işlədiyi müddətdə həmin şöbənin mühasibat uçotu sektorunun müdiri Elvin Hüseynov və digər vəzifəli şəxsləri ilə birlikdə vətəndaşların müraciəti əsasında ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsaslar olduğu halda, vəzifə saxtarkarlığına yol verməklə dövlət büdcəsinə ümumilikdə 341 min manat ziyan vurmuşlar. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb. Mənbə bildirir ki, toplanmış sübutlarla İlqar Rzayev, Elvin Hüseynov və digərlərinə CM-nin 179.3.2 (israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ), 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İstintaq zamanı vurulmuş maddi ziyanın 138 min manat olan hissəsinin ödənilməsi təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO