Astarada babasının pulunu, pensiya kartını oğurlayan nəvə saxlanıldı

Astarada babasının pulunu, pensiya kartını oğurlayan nəvə saxlanıldı

Hazırda oxunan: Astarada babasının pulunu, pensiya kartını oğurlayan nəvə saxlanıldı

212573

Astara rayonunun Şahağacı kəndində yerləşən evlərin birindən oğurluq edilib. Ev sahibi 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartının oğurlanması barədə polisə məlumat verib. 

Bizim.Media xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin nəvəsi Vüsal Dadaşov saxlanılıb. 

Oğurlanan maddi vəsaitin bir qismi həmin şəxsdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO