ŞOK: Sadiq Gözəlovdan 3 kq marixuana götürüldü

ŞOK: Sadiq Gözəlovdan 3 kq marixuana götürüldü

Hazırda oxunan: ŞOK: Sadiq Gözəlovdan 3 kq marixuana götürüldü

21255

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə narkotik vasitə olan marixuanın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO