Xankəndidə illər sonra ilk toyda vağzalı yerinə “Qarabağ Şikəstəsi” səslənib - FOTO/VİDEO

Xankəndidə illər sonra ilk toyda vağzalı yerinə “Qarabağ Şikəstəsi” səslənib - FOTO/VİDEO

Hazırda oxunan: Xankəndidə illər sonra ilk toyda vağzalı yerinə “Qarabağ Şikəstəsi” səslənib - FOTO/VİDEO

212503

Xankəndi şəhərində uzun illər sonra ilk toy başlayıb.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, şəhərdə yerləşən restoranlardan birində baş tutan mərasimdə bəylə gəlin “Qarabağ Şikəstəsi” sədaları altında toy zalına daxil olub.

Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb. Çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər və toy şənliyi başlayıb.

MÖVZU İLƏ BAĞLI:

Azad Xankəndidə ilk TOY – FOTO


Bəyin valideynləri bu xoş gündə təəssüratlarını jurnalistlərlə bölüşüblər. 

“Şuşa da, Xankəndi də bizim üçün əzizdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin igidliyi, qazilərimizin rəşadəti, Azərbaycan xalqının möhkəm birliyi sayəsində biz Xankəndini işğaldan azad etdik. Xankəndinin son 35 illik tarixində ilk dəfə olaraq biz övladımıza toy edirik. Azərbaycan xalqına həmişə toy arzulayıram. Qoy bu gündən etibarən azad Qarabağda toy mövsümü davam etsin. Gənclər bizim övladımızın ardınca gələrək ailə qursunlar”, - bəyin atası Kərim Kərimli bildirib.

Günə ən çox sevinənlərdən biri olan bəy anası Vəsilə Kərimli də sevincini bölüşüb: “Allah hamıya belə toy nəsib eləsin. Şükar bu günümüzə. Şükür ki, Qarabağımızda, Xankəndində belə gözəl toy məclisi qurulub”.

Toyu olan Fərhad Kərimli şad gününün Xankəndidə keçirildiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirib:

“Mən əslən Şuşadanam. Ailəmiz may ayında doğma şəhərimiz Şuşaya köçüb. Həmişə arzu edirdik ki, işğaldan azad edilmiş ərazilərdə toyumuz olsun. Bu gün bu arzumuz gerçəkləşib. Çox həyəcanlıyam, 30 ildən artıq işğal altında olan torpaqlarımız azad edilib və mənim toyum Xankəndi şəhərində keçirilir. Mən Qarabağı azad edən Azərbaycan ordusuna təşəkkür edirəm, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.









Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO