Doqquz il əvvəl yol qəzasında ölən şəxsin kimliyi araşdırılır - FOTO

Doqquz il əvvəl yol qəzasında ölən şəxsin kimliyi araşdırılır - FOTO

Hazırda oxunan: Doqquz il əvvəl yol qəzasında ölən şəxsin kimliyi araşdırılır - FOTO

21250

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, 19 noyabr 2012-ci ildə Bakı-Qazax avtomagistral yolunun 423-cü km-də avtomobil naməlum piyadanı vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətdən Tovuz rayon Mərkəzi Xəstəxanasında ölüb.

Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qardaşını xilas etdi, özü öldü - Qaradağ rayonunda dəhşətli qəza - VİDEO


Həmin kişinin əlamətləri belədir: yaşı 48-52 arası, orta bədən quruluşlu, saçları qaradır. Əynində qara manto, qara rəngli pencək, qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-94; (050) 237-81-81 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO