Qarabağdakı faydalı qazıntı yataqları ilə bağlı YENİ QƏRAR – 2 il ərzində...

Qarabağdakı faydalı qazıntı yataqları ilə bağlı YENİ QƏRAR – 2 il ərzində...

Hazırda oxunan: Qarabağdakı faydalı qazıntı yataqları ilə bağlı YENİ QƏRAR – 2 il ərzində...

212475

İşğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları (tələb olunan faydalı qazıntı növləri və onların həcmi nəzərə alınmaqla) istifadəyə verildikdə daha 2 il birbaşa danışıqlar yolu ilə veriləcək.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda müvafiq dəyişiklik edib.

Bundan əvvəl qüvvədə olan qərara əsasən, 2025-ci il yanvarın 1-dək azad edilmiş ərazilər faydalı qazıntı yataqları daha birbaşa danışıqlar yolu ilə veriləcəkdi. Bu müddət 1 yanvar 2027-ci ilədək uzadılıb.

Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə də 2027-ci il yanvarın 1-dək birbaşa danışıqlar yolu əsas götürüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO