Uşaqlıqdan bizə deyirlər ki, “şorbasız gün olmaz”. Lakin, çox zaman bunun izahını vermirdilər.
Bəs bu deyimin meydana çıxmasına səbəb nədir?
Bizim.Media xəbər verir ki, bu suala Rusiyalı diyetoloq Sofiya Kovanova “NEWS.ru”ya açıqlamasında aydınlıq gətirib. Mütəxəssis bildirib ki, şorbalardan tam imtina mədə və bağırsaq traktının bütövlükdə əvvəlki kimi işləməməsinə səbəb olacaq:
MÖVZU İLƏ BAĞLI:
Zəifləyən İMMUN SİSTEMİ - Payızda qidalanma zamanı nələrə diqqət etmək lazımdır?
“Çünki şorbalar mədə-bağırsağın normal işləməsinə kömək edir. Ümumilikdə isə şorba yeməsəniz, bədəninizdə heç bir təhlükəli dəyişiklik baş verməyəcək. Qarşılaşa biləcəyiniz yeganə nəticə çəkinizdəki normallaşma olacaq.Yəni şorba yeməsəniz, daha tez arıqlaya bilərsiniz”.
Bu fikir təəccüblü görünür. Lakin diyetoloq şorbada hər şeyin təbii olduğunu izah deyib:
“Ona görə də şorbalar adətən yüksək kalorili yeməklər olur. Ətli və müxtəlif əlavələrlə zəngin olan bu qidalar sizin artıq çəki almağınız səbəb olur. Bundan əlavə, şorba qəbul edərkən çörəkdən daha çox istifadə edilir. Çox çörək yemək isə ziyandır. Baxmayaraq ki, əvvəlki nəsil diyetoloqlar şorbanı payız pəhrizinə əlavə etməyi təklif edirdilər. Amma yüksək kalorili şorba yemək orqanizmə mənfi təsir edir”.
Surxay Atakişiyev, Bizim.Media