Qarabağ Universitetinin tələbələrinin Prezidentlə görüşlə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

Qarabağ Universitetinin tələbələrinin Prezidentlə görüşlə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

Hazırda oxunan: Qarabağ Universitetinin tələbələrinin Prezidentlə görüşlə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

212451

"Ötən gün həyatımda heç vaxt olmayan əlamətdar hadisə baş verdi. Mənə və Xankəndi Universitetinə ilk qədəm qoyan digər tələbələrə Azərbaycan Prezidenti İlham Əliyevi görmək nəsib oldu.Çox sevincliyəm. Cənab Ali Baş Komandanımızı görəndə sevincdən gözlərim yaşardı. Çox qürurverici hisslər idi".

Bu sözləri Bizim.Media-nın şimal bürosuna açıqlamasında Qarabağ Universitetinin hüquqşünaslıq fakültəsinin 1-ci kurs tələbəsi Elina Əhmədova deyib.


O, Dövlət başçısı ilə görüşü barədə təəssüratlarını bölüşüb:

“Prezidentlə görüşə 600-dən yuxarı bal toplayan tələbələr qatılmışdı. Biz hamımız Cənab İlham Əliyevlə birgə foto çəkdirmək şansı qazandıq. Çox qürurverici anlar yaşadıq”.

Qarabağ Universitetinin hüquqşünaslıq fakultəsinə 621,1 balla qəbul olan Gəncə şəhər 19 saylı tam orta məktəbinin məzunu Fatimə Abdullayeva da ölkə başçısı ilə görüşdə çox sevincli anlar yaşadığından danışıb:


"Prezidentimizin bizi şəxsən təbrik etməsi çox dəyərli və diqqətəlayiq haldır. Buna görə çox qürurlu və xoşbəxtəm. Bu qüruru bizə yaşadan Ali Baş Komandanımıza, igid əsgərlərimizə və şəhidlərimizin ruhuna borcluyuq".

Qarabağ Universitetinin 1-ci kurs tələbələri Azərbaycan Prezidenti ilə görüşdən əvvəl elm və təhsil naziri Emin Əmrullayev və Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşdüklərini deyiblər.

Onlar bildiriblər ki, Qarabağ Universitetində və yataqxanasında tələbələrin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO