Ağdamda qəza baş verib, xəsarət alanlar var

Ağdamda qəza baş verib, xəsarət alanlar var

Hazırda oxunan: Ağdamda qəza baş verib, xəsarət alanlar var

212408

Ağdamda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ağır xəsarət alıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Ağdamın Əfətli kəndi ərazisində qeydə alınıb.

Ağdam istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Ağdamın Rzalar kənd sakinləri 1994-cü il təvəllüdlü Şirinov Xətai Şəmsi oğlu və 2001-ci il təvəllüdlü Şirinov Şahmar Sevdar oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO