Ağdamın Eyvazxanbəyli kəndinə ilkin mərhələdə 1563 nəfər KÖÇÜRÜLƏCƏK - FOTO

Ağdamın Eyvazxanbəyli kəndinə ilkin mərhələdə 1563 nəfər KÖÇÜRÜLƏCƏK - FOTO

Hazırda oxunan: Ağdamın Eyvazxanbəyli kəndinə ilkin mərhələdə 1563 nəfər KÖÇÜRÜLƏCƏK - FOTO

212402

“Ağdam rayonunun Eyvazxanbəyli kəndində birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. Bunun üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. İnşa ediləcək evlər iki, üç, dörd və beşotaqlı olacaq. Bundan başqa on evin ikimərtəbəli olması nəzərdə tutulur”.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərə müsahibəsində bildirib.


O qeyd edib ki, kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır:

“Ümumilikdə Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.

Kənddə məktəb, uşaq bağçası, çoxfunksiyalı bina, tibb məntəqəsi və digər obyektlərin tikintisi, istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək”.









Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO