Qəzada ölən şəxs Pəncəlinin qohumu, Vətən müharibəsi iştirakçısının atası imiş - FOTO

Qəzada ölən şəxs Pəncəlinin qohumu, Vətən müharibəsi iştirakçısının atası imiş - FOTO

Hazırda oxunan: Qəzada ölən şəxs Pəncəlinin qohumu, Vətən müharibəsi iştirakçısının atası imiş - FOTO

212328

Ötən gecə Astara rayonunda dumana düşən “Toyota Land Cruiser Prado” markalı avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb. Nəticədə 1952-ci il təvəllüdlü Şahin Xaliq oğlu Şiriyev dünyasını dəyişib, sərnişin Mətləb Vaqif oğlu Rzayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, qəza zamanı vəfat edən Şahin Şiriyev uzun illər dövlət vəzifələrində çalışıb. O, uzun illər kolxoz sədri olub. 

Şahin Şiriyevin 1978-ci il təvəllüdlü övladı Zaur Şiriyev II Qarabağ müharibəsinin iştirakçısıdır, hazırda hərbi həkim vəzifəsində çalışır. 

Avtomobildə xəsarət alan Mətləb Rzayev isə mərhumun kürəkəni olub. 

Qeyd edək ki, mərhum Şahin Şiriyev Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi, “Qoca qurd” ləqəbli Pəncəli Nurməhəmməd oğlu Teymurovun yaxın qohumudur. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO