Sabirabadda ticarət mərkəzi YANIB - VİDEO

Sabirabadda ticarət mərkəzi YANIB - VİDEO

Hazırda oxunan: Sabirabadda ticarət mərkəzi YANIB - VİDEO

212216

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad şəhəri, Muğan prospektində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 600 kv.m. olan ikimərtəbəli ticarət mərkəzinin 2-ci mərtəbəsində tavan və dam örtüyünün yanar konstruksiyaları 150 kv.m. sahədə və geyim əşyaları satılan mağazasının içərisində mallar 20 kv.m. sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO