Yol polisindən qaçdığı anın görüntüsünü paylaşdı, həbs olundu – FOTO/VİDEO

Yol polisindən qaçdığı anın görüntüsünü paylaşdı, həbs olundu – FOTO/VİDEO

Hazırda oxunan: Yol polisindən qaçdığı anın görüntüsünü paylaşdı, həbs olundu – FOTO/VİDEO

212129

Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsindən bildirilib. 

İdarədən verilən məlumata görə, Nizami DYP-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “VAZ 21214” markalı, 10-XM-064 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Daha sonar sürücü yol polisinin saxlamaq tələbini yerinə yetirməməsini əks etdirən videogörüntünü şəxsi sosial şəbəkə hesabında paylaşıb. 

Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Quliyev Yasin Rasim oğlu Nizami DYP-nin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün rayon polis bölməsinə təhvil verilib. 

Sürücü barəsində toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Y.Quliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün səkkiz sutka inzibati qaydada həbs edilib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO