Oxumaq üçün Bakıya ÜZ TUTANLAR –Gənclərimiz paytaxt universitetlərinə niyə MEYL edirlər?

Oxumaq üçün Bakıya ÜZ TUTANLAR –Gənclərimiz paytaxt universitetlərinə niyə MEYL edirlər?

Hazırda oxunan: Oxumaq üçün Bakıya ÜZ TUTANLAR –Gənclərimiz paytaxt universitetlərinə niyə MEYL edirlər?

212059

Yeni tədris ilinin açılması ilə bərabər yenə paytaxtda sıxlıq və tıxac müşahidə olunur. Çünki tələbələrin çoxu bölgələrdən Bakıda yerləşən universitetlərdə təhsil almaq üçün gəlir. Dərslərin başladığı və bitdiyi vaxt tıxacdan şəhərdə hərəkət etmək çətinləşir, ictimai nəqliyyatdan istifadə isə mümkünsüzləşir. Çünki bu saatlar da həm də işə gedib gələnlər paytaxt küçələrə axın edirlər. Bu vəziyyətdə hər kəs oxumaq üçün Bakıya üz tutanları günahlandırır.

Abituriyentlər niyə Bakıya maraq göstərir?

Abituriyentlərin Bakıya maraqlarının olmasının bir çox səbəbi var. Onlar həm regionlardakı təhsil müəssisələrinin tədrisinə şübhə edirlər, həm də paytaxtda təhsil almaq insanlara daha cəlbedici gəlir.

Bəzən də valideynlər qohum-qonşuya övladının paytaxtda təhsil aldığını deyə bilmək üçün Bakıya getməsinə təkid edir. Bakıda oxumağın xüsusi bir üstünlük olduğunu düşünürlər. Halbuki, regionlarda da bir çox təhsil müəssisələri fəaliyyət göstərir. Buna baxmayaraq, insanlar əlavə xərcə düşərək Bakıya gəlməyə razıdırlar.

Regionlardakı universitetlər

Təhsil eksperti Məzahir Məmmədli Bizim.Media-ya deyib ki, tələbələri bu arzuya görə günahlandırmaq doğru deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda təhsil alan xarici tələbələrdən dil sertifikatı TƏLƏB OLUNUR?


“Hər kəsin abituruiyent vaxtı xəyalları olur. O xəyallardan biri də paytaxt universitetlərinin birində təhsil almaqdır. Mənə elə gəlir ki, gənclərimizi başa düşmək olar. Onlar paytaxt universitetlərindən birini qazanmaq üçün çalışırlar”.

Məzahir Məmmədlinin sözlərinə görə, universitetlərin regionlara köçürülməsi uğurlu plan olardı.

“Biz regionlarda kampuslar yaratsaq, gənclərimiz regionlara da maraq göstərərlər, özlərinə yaxın ərazidəki universitetləri seçərlər. Təəssüflər olsun ki, hələ belə imkanlarımız yoxdur. Cəmi 3 bölgədə, Gəncə, Mingəçevir və Lənkəranda universitetlər müəyyən standartlara cavab verəcək səviyyədədir. Həmin regionlarda yüksək səviyyəli labarotoriyalar qurulub, yeni yataqxanalar tikilib, yeni tədris korpusu tikilib. Mənə elə gəlir ki, tələbələr üçün seçim imkanları tədricən yaranır. Universitet imkanlarını təkcə Bakı ilə məhdudlaşdırmaq lazım deyil. Hətta bu il yüksək nəticə toplayan tələbələr arasında regionlardakı universitetləri seçənlər var idi”.


Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO