Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasından 11 il ötür – FOTO

Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasından 11 il ötür – FOTO

Hazırda oxunan: Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasından 11 il ötür – FOTO

212058

Bu gün erməni vəhşiliyinin canlı sübutu olan Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasından 11 il ötür.

Kompleksin mətbuat xidmətinin rəhbəri Abutalıb Turabov Bizim.Media-ya bildirib ki, 2007-ci ildə Quba şəhər stadionunda təsadüfi qazıntı zamanı aşkar edilmiş kütləvi məzarlığın arxeoloqların elmi araşdırması zamanı ermənilər tərəfindən öldürülən günahsız insanların qalaqlanaraq basdırıldığı kütləvi məzarlıq olduğu məlum olub.

Məhz bu araşdırmalardan kütləvi məzarlığın ərazisində möhtəşəm Soyqırım Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabr ayının 18-də kompleksin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirak etdiyini vurğulayan Abutalıb Turabov bu möhtəşəm kompleksi indiyədək 1 milyondan çox, o cümlədən 200 min xarici turist ziyarət etdiyini deyib.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO