"Quska"nın keçmiş vəkili məhkəmə zalında HƏBS EDİLDİ

"Quska"nın keçmiş vəkili məhkəmə zalında HƏBS EDİLDİ

Hazırda oxunan: "Quska"nın keçmiş vəkili məhkəmə zalında HƏBS EDİLDİ

212055

Keçmiş vəkil Əkbərov Ruhid Rəşid oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etmə maddəsi ilə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Ruhid Əkbərov həbsxanada olarkən öz məhkum yoldaşından onun məhkəmə işini həll etmək üçün 53 min manat pul alıb.

Ancaq vədinə əməl etməyib.

Hakim Azad Məcidov məhkəmə istintaqını yekunlaşdıraraq hökmü elan edib və Ruhid Əkbərov məhkəmə zalında həbs edilərək 6 il 4 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 13 saylı Vəkil Bürosunun vəkili olmuş Əkbərov Ruhid Rəşid oğlu bundan öncə də dələduzluq maddəsi ilə həbs edilib və 2021-ci il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmin vaxt iki vətəndaşa qarşı 50 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinirdi.

Xatırladaq ki, Ruhid Əkbərov 2018-ci ildə Türkiyədə saxlanılıb. O, Azərbaycana ekstradisiya edilən tanınmış sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqının ilkin mərhələsində onun vəkili olub.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO