BİZİM TƏQVİM: 19 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 19 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 19 sentyabrda baş vermiş tarixi hadisələr

212043

19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan  Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Azərbaycan Müdafiə Nazirliyinin "Antiterror əməliyyatı" adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə DİN-in polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Ermənistan rəsmiləri bunu "Azərbaycanın ermənilərə qarşı təcavüzü" adlandırdı.

24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahl qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir.

Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi. Rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələri 192 hərbi qulluqçusunu həyatını itirdi, 511 hərbi qulluqçusu isə yaralandı.

Bəs, sentyabrın 19-da dünyada daha hansı hadisələr baş verib?

1. 19 sentyabr 1575-ci ildə Türkiyədə ilk rəsədxana qurulub.

2. 19 sentyabr 1783-ci ildə hava şarında ilk səyahət baş tutub.

3. 19 sentyabr 1841-ci ildə İlk ölkələrarası dəmir yolunun açılışı (Strasburq Bazel) olub.

4. 19 sentyabr 1888-ci ildə dünyada ilk dəfə olaraq Belçikada gözəllik müsabiqəsi keçirilib.

5. 19 sentyabr 1893-ci ildə Yeni Zelandiya Kolonisi, qadınlara səs həqqi tanıyan ilk millət oldmuşdur. Bu tərəqinin başçısı, 1866-cı ildə qadın hərəkətini başladan Keyt Şeperd  idi. 

6. 19 sentyabr 1921- ci ildə Mustafa Kamal paşa marşal rütbəsi alıb. 

7. 19 sentyabr 1931-ci ildə Yaponlar Mancuriyanı işğal edib. 

8. 19 sentyabr 1935-ci ildə Almaniyada Yəhudilərin dövlət xadimi kimi çalışmasını yasaqlanıb.

9. 19 sentyabr 1939-cu ildə Sovet ordusu Vilnüsü işğal edib.

10. 19 sentyabr 1941-ci ildə Alman qoşunları Kiyevi tutur. 

11. 19 sentyabr 1944-ci ildə Finlandiya ilə SSRİ atəşkəs imzalanıb.

12. 19 sentyabr 1951-ci ildə Şimali Atlantika Müqaviləsi Təşkilatı, Türkiyə və Yunanıstanı NATO-ya üzv olmaya dəvət edib. 

13. 19 sentyabr 1985-ci ildə Meksikanın paytaxtı Meksikoda baş verən 8.1 bal gücündə zəlzələ nəticəsində 35 mindən çox insan öldü. 

14. 19 sentyabr 2008-ci ildə Zaqatala aeroportunun açılışı olub.

Sentyabrın 19-da bu tarixi şəxsiyyətlər xatırlanır:

1.19 sentyabr 1911-ci ildə İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı  Uilyam Cerald Qoldinq (1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.

2. 19 sentyabr 1948-ci ildə məşhur ingilis aktyoru Ceremi Ayrons anadan olub. Filmləri: “Fransız leytenantın arvadı”, “Svanın məhəbbəti”, “Həyat dolanbaclarında” (“Oskar”, 1990), “Lolita“ və s.

3. 19 sentyabr 1992-ci ildə görkəmli şərqşünas, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aida  İmanquliyeva (10.10.1939 – 1992) vəfat edib. O bir müddət  Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olub.

4. Azərbaycan bəstəkarı, Azərbaycan SSR və SSRİ xalq artisti Soltan Hacıbəyov 19 sentyabr 1974-cü ildə anadan olub(1919-1974). 

5. 19 sentyabr 1995-ci ildə SSRİ Xalq artisti, bəstəkar Rauf Hacıyev (15.5.1922 - 1995) vəfat edib. Populyar mahnıların, operettaların (“Romeo mənim qonşumdur”, “Dördüncü fəqərə”, “Yol ayrıcında”, “Ordan-burdan”) müəllifidir. «Bir qalanın sirri», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.

6. Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev 19 sentyabr 1963-cü ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO