Daha 5 il müqavilə ilə çalışmaq hüququ olan məktəb direktoru niyə işdən ÇIXARILIB? – Rəsmi AÇIQLAMA

Daha 5 il müqavilə ilə çalışmaq hüququ olan məktəb direktoru niyə işdən ÇIXARILIB? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Daha 5 il müqavilə ilə çalışmaq hüququ olan məktəb direktoru niyə işdən ÇIXARILIB? – Rəsmi AÇIQLAMA

212039

Xəbər verildiyi kimi paytaxtın Səbail rayonunda yerləşən 236 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Xanlar İmaməliyev vəzifəsindən kənarlaşdırılıb. Bu səbəbdən bir qrup valideyn və müəllim heyəti direktorun işdən çıxarılmasına etiraz edib.

Narazı valideynlərin bildirdiyinə görə təhsil müəssisəsi Xanlar İmaməliyevin idarəçiliyi dövründə xeyli nailiyyət qazanıb. Həmçinin məktəbdə təhsilin səviyyəsində və şagirdlərin hazırlığında yüksək peşəkarlıq nümayiş etdirən direktor olub. Onlar qeyd ediblər ki, Xanlar İmaməliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təriflədiyi məktəb direktoru olub.

“Xanlar İmaməliyev çox yaxşı direktordur, biz onun işdən çıxarılmasını istəmirik. Əgər pensiya yaşına görə çıxarılıbsa belə, onunla digər direktorlar kimi əlavə müqavilə imzalana bilərdi və vəzifəsində qala bilərdi. O, çox gözəl idarəçi və pedaqoqdur”, - deyə valideynlər bildiriblər.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyevin çalışmanın yaş həddinə çatması ilə əlaqədar  fəaliyyəti qiymələndirilib, tədris ilinin nəticələri təhlil edilib və çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə xitam verilib:

“Hazırda məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininə həvalə edilib. Məktəbin səmərəli fəaliyyətinin təşkili Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir”.

Qeyd edək ki, Xanlar İmaməliyev 2000-ci ildən 236 saylı məktəbə rəhbərlik edirdi. 1959-cu il təvəllüdlü sabiq direktor Əməkdar müəllimdir. Onun 1 illik müqavilə ilə, Əməkdar müəllim kimi isə 5 il müqavilə ilə çalışmaq hüququ olub.

Onu da bildirək ki, qanunvericiliyə görə 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO