Xarici diplomatlar və hərbi attaşelər Kəlbəcərdə inşa işləri ilə tanış oldular

Xarici diplomatlar və hərbi attaşelər Kəlbəcərdə inşa işləri ilə tanış oldular

Hazırda oxunan: Xarici diplomatlar və hərbi attaşelər Kəlbəcərdə inşa işləri ilə tanış oldular

212028

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Kəlbəcərdə yeni yaşayış məntəqəsi və şəhər təhsil kompleksinin inşası ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, qonaqlara təhsil kompleksi layihəsi haqqında ətraflı məlumat verilib.

Ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşəkar emalatxanalar, STEAM zonası, məktəbəqədər hazırlıq üçün yer və digər zəruri obyektlər yaradılacaq.

Bildirilib ki, kompleksin ərazisində 528 şagird yerlik məktəb də tikilir.

Bundan başqa, diplomatik korpusun nümayəndələrinə bildirilib ki, yaşayış məntəqəsi ərazisində keçmiş məcburi köçkünlərin geri qayıtması üçün bütün lazımi infrastruktur yaradılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO