Xüsusi məktəblərin siniflərində şagirdlərin maksimum sayı MÜƏYYƏNLƏŞDİ

Xüsusi məktəblərin siniflərində şagirdlərin maksimum sayı MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: Xüsusi məktəblərin siniflərində şagirdlərin maksimum sayı MÜƏYYƏNLƏŞDİ

212008

Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı müəyyən olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzaalyıb.

Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı aşağıdakı qaydada müəyyənləşdirilir:

- eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün - 8 nəfər;

- eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər üçün - 10 nəfər;

- nitq pozuntuları olan şəxslər üçün - 12 nəfər;

- görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün - 12 nəfər;

- əqli (psixi) pozuntuları (əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi olanlar) olan şəxslər üçün - 10 nəfər;

- emosional-iradi sahədə və davranışında çatışmazlıq olan şəxslər üçün - 12 nəfər;

- dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olan şəxslər üçün - 10 nəfər;

- xroniki somatik xəstəlikləri olan şəxslər üçün - 10 nəfər;

- mürəkkəb çatışmazlıqları olan şəxslər üçün - 6 nəfər.

Əqli geriliyi və ya fiziki çatışmazlığı olan şagirdlər üçün əmək təlimi və istehsalat hazırlığı sinifləri 5 nəfərdən az olmamaqla komplektləşdirilir. Ümumi təhsil müəssisələrində təşkil edilən inklüziv təhsil sinfi 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO