İctimai nəqliyyatda bank kartları ilə ödəniş MÜMKÜN OLACAQ? – MÜHÜM AÇIQLAMA

İctimai nəqliyyatda bank kartları ilə ödəniş MÜMKÜN OLACAQ? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: İctimai nəqliyyatda bank kartları ilə ödəniş MÜMKÜN OLACAQ? – MÜHÜM AÇIQLAMA

212002

Məsələn, bütün dünyada ictimai nəqliyyatda gediş haqları əsasən müxtəlif bank kartları üzərindən ödənilir. Lakin Azərbaycanda yalnız dəmir yollarında gediş haqlarını bank kartı vasitəsi ilə ödəmək mümkündür. Amma avtobusdan və yaxud metrodan istifadə edən şəxslər bu imkandan məhrumdur. Onlar yalnız “BakıKart” vasitəsilə ödəniş etmək imkanına malikdirlər.

İctimai nəqliyyatda əlçatanlığı artırmaq üçün...

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Aqil Məmmədov bildirib ki, bu günlərdə Bakı Formula 1 yarışlarına ev sahibliyi edib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda avtobuslarda gedişhaqqı bank kartları ilə ÖDƏNİLƏCƏK – Bu tarixdən 


“Noyabrda COP29 konfransı keçiriləcək. Yəni, minlərlə insan Bakıya səfər edir və metrodan, avtobusdan istifadə etməyə çalışır. Deməli, bizim əsas vəzifələrimizdən biridə ictimai nəqliyyatı əlçatan etməkdir.

Misal üçün,Tükiyədə istənilən bank kartıyla ictimai nəqliyyatda ödəniş etmək olur, Rusiyada “Master” və “VİSA” kartları işləməsə də “Mir” kartınız varsa, yolda qalmayacaqsınız. Rahat ödəniş edib istədiyiniz ünvana gedəcəksiniz. Azərbaycanda isə yalnız Bakı ətrafı qatarlarda bank kartıyla ödəmə tətbiq edilib. Ancaq bu da tam deyil. “VİSA” kartı ilə ödəmə mümkündür, ancaq “Master” sahibləri bu imkandan məhrumdur”.

Müsahibimiz onu da qeyd edib ki, Bakıda demək olar ki, hər kəsin “Master” və VİSA” kartları var:

“Lakin bu kartlar ictimai nəqliyyatda keçərli deyil. Bu insanlar üçün xidmətlərdən istifadəni çətinləşdirir və öz növbəsində narazılıqlara gətirib çıxardır. Formula 1 yarışlarına bunu çatdıra bilmədik. Ancaq COP29 Konfransına qədər problemi həll edə bilərik. Bunun üçün sadəcə kiçik bir addım və istək lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO