Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.
Bu barədə Bizim.Media-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr, püskürmə 6 dəqiqə 20 saniyə davam edib.
Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alnıb. Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub.
Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.
Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 18.09.2024
Lökbatanda vulkan püskürdü – FOTO
Hazırda oxunan: Lökbatanda vulkan püskürdü – FOTO
Hazırda oxunan: Lökbatanda vulkan püskürdü – FOTO
211993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.