Laçın rayonunun Sus kəndində məktəb və bağça fəaliyyətə başladı - FOTO

Laçın rayonunun Sus kəndində məktəb və bağça fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Laçın rayonunun Sus kəndində məktəb və bağça fəaliyyətə başladı - FOTO

211891

Ötən gün 2024-2025-ci tədris ilində fəaliyyətə başlayan Laçın rayonu Sus kənd tam orta məktəbi və eyniadlı məktəbəqədər təhsil müəssisəsində ilk dərs günü tədbiri keçirilib.

Bizim.Media Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, sektor əməkdaşları, məktəb və bağçanın kollektivi, şagirdlər iştirak ediblər.

Çıxış edən idarə müdiri Fuad Bədəlov hər iki müəssisənin fəaliyyətə başlaması münasibətilə təhsil işçilərini, şagird və valideynləri təbrik edib, onlara uğurlar arzulayıb.

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov da müəllim və şagirdləri təbrik edib.

Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, Sus kənd tam orta məktəbində ilkin olaraq 19 şagird, eyniadlı körpələr evi-uşaq bağçasında isə 13 uşaq təhsilə cəlb edilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO