Talıb Cəfərov rəis TƏYİN EDİLDİ

Talıb Cəfərov rəis TƏYİN EDİLDİ

Hazırda oxunan: Talıb Cəfərov rəis TƏYİN EDİLDİ

211866

Baş prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb. 

Əmrə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib. 

T. Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib. 

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO