İsmayıllıda güclü YANĞIN: Ev quşları tələf oldu – FOTO

İsmayıllıda güclü YANĞIN: Ev quşları tələf oldu – FOTO

Hazırda oxunan: İsmayıllıda güclü YANĞIN: Ev quşları tələf oldu – FOTO

211862

İsmayıllıda güclü yanğın zamanı ev, tövlə və quraqlıq yanıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Soltan Mehdiyev məhəlləsində qeydə alınıb. 

Belə ki, rayon sakini Babək Abbasova məxsus ümumi sahəsi 250 kv metr olan birmərtəbəli ev, evə bitişik quraqlıq və tövlə yanıb, eləcə də tövlədə olan ev quşları tələf olub. Bundan başqa tövlədə olan 20-25 tona yaxın ot bağlaması yanaraq külə dönüb.

Hadisə yerinə FHN-nin İsmayıllı rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb. Hazırda fakt araşdırılır. 




Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO