Vətəndaşları jurnalist adı ilə şantaj edən 2 nəfər HƏBS EDİLDİ

Vətəndaşları jurnalist adı ilə şantaj edən 2 nəfər HƏBS EDİLDİ

Hazırda oxunan: Vətəndaşları jurnalist adı ilə şantaj edən 2 nəfər HƏBS EDİLDİ

211848

Saatlı və Ağsu rayonlarında özlərini jurnalist kimi təqdim etməklə ayrı-ayrı şəxsləri şantaj edənlər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, “Saatlı TV” kanalı və tiktokda “13Asim13” adlı profilin istifadəçisi Asim Əliyev saxlanılıb. Həmçinin İnstagramda “agsudan xeber” adlı profilin idarəçisi Samir Cəfərov cinayət məsuliyyətinə cəlb edilib.

Hər iki şəxsin barəsində 20-yə yaxın şikayət üzrə araşdırma aparılıb. Onlar həmin şəxslərin barələrində neqativ məlumatları sosial şəbəkələrin hesab və kanallarında yayacağı hədəsi və dələduzluq yolu ilə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.

S.Cəfərov və əvvəllər məhkum olunan A.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq həbs ediliblər.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO