DYP-dən XƏBƏRDARLIQ - Bu il 5 velosipedçi ölüb, 10-u yaralanıb

DYP-dən XƏBƏRDARLIQ - Bu il 5 velosipedçi ölüb, 10-u yaralanıb

Hazırda oxunan: DYP-dən XƏBƏRDARLIQ - Bu il 5 velosipedçi ölüb, 10-u yaralanıb

211844

“Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçilərin yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu da unutmamalıyıq. Təkcə cari ilin 8 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 15 yol-nəqliyyat hadisəsində 5 nəfərin həyatını itirməsi, 10 nəfərin yaralanması deyilənləri bir daha təsdiq edir”.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin velosipedçilərə ünvanlanan müraciətində deyilir.

Müraciətdə daha sonra vurğulanır:

“Xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrinin sakinləri arasında velosipeddən istifadəyə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulması, o cümlədən sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün zəruri tədbirlər görmədən, habelə nasaz və lazımınca təchiz edilməmiş velosipedlə yüksəksürətli avtomobil yoluna çıxması ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə real zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO