Şəkidə ağır QƏZA: Xəsarət alanlar var

Şəkidə ağır QƏZA: Xəsarət alanlar var

Hazırda oxunan: Şəkidə ağır QƏZA: Xəsarət alanlar var

211742

Şəkidə baş verən qəzada sürücü və sərnişin xəsarət alıb. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Kiçik Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobillə Rəhman Mustafayevin idarə etdiyi "Changan" markalı avtomobillərin toqquşması nəticəsində "Changan"ın sürücüsü Rəhman Mustafayev və maşındakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hər iki yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Onlara ilkin tibbi yardım göstəriləndən sonra xəstəxanada müalicələrini davam etdirirlər. Baş vermiş qəza ilə bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO