Üç nəfəri işə düzəltmək adı ilə aldadan şəxslər MƏHKƏMƏ QARŞISINDA

Üç nəfəri işə düzəltmək adı ilə aldadan şəxslər MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Üç nəfəri işə düzəltmək adı ilə aldadan şəxslər MƏHKƏMƏ QARŞISINDA

211739

Üç nəfərə qarşı dələduzluq edən Sahil Nasir oğlu Abuşov və İsrali Təhamzovun məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilib. 

Cinayət işində Dağıstan Şaban oğlu Əzimov, İnqilab Dadaş oğlu Nəzərov və Orxan Asəf oğlu Piriyev zərərçəkmiş qismində tanınıblar.

İclasda zərərçəkmişlərdən Əzimov Dağıstanın oğlu Əzimov Bəylər şahid qismində çıxış edib. O, bildirib ki, atası onu işə düzəltmək üçün Sahil Abuşova pul verib:

"2021-ci ildə əsgərlikdən gələndən sonra iş axtarırdıq. Abışov Sahili çoxdan tanıyırdıq. Atam onu mənimlə tanış eləmişdi. Atamı da İsrail Təhmazov Sahillə tanış eləmişdi. S.Abuşovla mütəmadi olaraq görüşürdük. Görüşlərdə mənə və əmim oğluna vədd edirdi ki, bizi "RİİN"də işlə təmin edəcək.

Dedi ki, gedin özünüzə normal kostyum alın, çünki bizi öz qohumum kimi təqdim eləmişəm. Sonra görüşümüz azalmaya başladı, çünki deyirdi ki, Şuşaya gedirəm, çıxışım var və s. Bizə işə dəvət edən videolar da göndərirdi. Həmin videoları məhkəməyə təqdim etmişəm. Biz çox sonralar anladıq ki, bizi aldadıb və pulsuz olduğunu düşündüyümüz iş barəsində atamdan və əmimdən pul alıb".

O əlavə edib ki, pul barədə istintaq başlanandan sonra məlumatı olub:

"Biz heç vaxt Sahilə iş barəsində mürəciət etməmişik. Mən ona heç vaxt iş üçün pul verməmişəm. Bu iş polis tərəfindən araşdırıldıqdan sonra öyrəndim ki, atam, əmim ev satıb, pulu düzəldib məni və əmim oğlunu işə düzəltmək adı ilə Sahil Abuşova verib".
 

İfadəyə təqsirləndirilən şəxsin vəkilləri etiraz edərək daha öncə ifadə verən şahid Ələkbərov Bağışla arasında ciddi ziddiyyətlər olduğunu bildirib və məhkəmədən onların üzləşdirilməsini istəyib.


Məhkəmə gələn iclasda hər ikisinin iştirak edəcəyi təqdirdə bu etirazla razılaşıb.

Daha sonra çıxış edən şahid Sadıqzadə İlqar bildirib ki, təqsirləndirilən digər şəxs İsrail Təhmazova 25 min dollar pul verib:

"Bu pul tanışım Nəzərov İnqilabın olub. O məndən xahiş etmişdi ki, aparım verim İsrailə, mən də dediyini etdim. İsarillə zəng vasitəsi ilə ünsiyyət qurmuşduq. 10 min dolları ona verdik. Həmin vaxt biz İsrailin düzgün adam olmadığını hiss etdik və onun fırıldaqçı olduğunu qeyd edərək pulun qalan 15 min dollarını ona verməməyi İnqilaba tapşırdıq. Lakin o pulun qalanını da İnqilaba verdi. Bu pulu iş düzəltmək adı ilə təqdim etmişdi. Amma heç bir işlə təmin edilmədilər".

Təqsirləndirilən şəxs İsrail Təhmazov bu iddianı təkzib edərək şahidi tanımadığını bildirib.

Şahid isə ona 90 min manat pul verdiyini deyib.

Məhkəmə Nəzərov İnqilabın şikayətçi olmadığı deyib. Lakin tərəflər onun oğlu Nəzərli Hüseynin də çıxışını tələb etdiyi üçün, şahid barəsində məcburi qətnamə verilərək növbəti iclasda iştirakını tapşırıb.

Prosesin davamında zərərçəkmişlərdən Əzimov Dağıstan məhkəməyə mülki vəsatət ərizəsi təqdim edib. Bu ərizəyə təqsirləndirilən şəxslər və müdafiəçiləri etiraz edib. Məhkəmə ərizəni icraata götürərək baxılacağını bildirib.
 

Sonda təqsirləndirilən şəxsin etirazı dinlənilib. O, Dağıstan Əzimovdan 20 min manat aldığını qəbul edib lakin oğlu ilə olan görüşləri inkar edib.


Növbəti iclas 21 oktyabr 14:00-a tarixinə təyin edilib.

Qeyd edək ki, ittihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin iki milyon manatını ələ keçiriblər. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən şəxs məhkəmə dövründə azadlıqda olub. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov tək mühakimə olunub.

Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov iki milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək doqquz il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətini bir il azaldaraq səkkiz ilə endirib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO