Bilik Günü hansı ölkələrdə, nə zaman qeyd edilir? – SİYAHI

Bilik Günü hansı ölkələrdə, nə zaman qeyd edilir? – SİYAHI

Hazırda oxunan: Bilik Günü hansı ölkələrdə, nə zaman qeyd edilir? – SİYAHI

211684

Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir. Bu günün ən böyük həyəcanını yaşayanlarsa birincilərdir. Nəzərə alaq ki, bu gün 130 mindən uşaq ilk dəfə məktəbə qədəm qoyur

Bəs, dünya ölkələri Bilik Günü nə zaman qeyd edir?

Bizim.Media-nın aparıdığı araşdırmalar zamanı məlum oldu ki, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Moldova, Litva, Latviya, Estoniya və Çində məktəbə sentyabrın 1-də gedirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Birincilərin Bilik Günü həyəcanı – FOTOREPORTAJ


Özbəkistanda tədris ili sentyabrın 4-də başlayır.

Yaponiyada tədris ili aprel ayında başlayır. Amerikada və əksər Avropa ölkələrində məktəblilər avqustun sonu-sentyabrın əvvəlində yeni biliklər əldə etməyə başlayırlar. 

Cənubi Koreyada dərs ili martda, Şimali Koreyada isə oktyabrın 15-də başlayır.

Avstraliyada uşaqlar yanvarın sonunda dərslərə başlayırlar.

Türkiyədə tədris ili sentyabrın ikinci həftəsində başlayır.

İranda yeni tədris ili 21 sentyabrda başlayır.

Azərbaycanda isə uşaqlar sentyabrın 15-dən təhsilə başlayırlar. 

Nəzərə alaq ki, uzun illər Azərbaycanda da 1 sentyabr “Bilik günü” kimi qeyd edilib. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Beləliklə, həmin gün “Bilik Günü” elan edilib.

Bəs 1 sentyabr ənənəsi necə yaranıb?

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, vahid məktəb təhsili sistemi Çar Rusiyasında 1917-ci il inqilabından sonra meydana çıxıb. 1920-ci illərdən isə sovet hökuməti qızlar və oğlanlar üçün universal təhsilin tətbiqi planı hazırlamağa başlayıb. 1930-cu ildə isə yeni qayda qəbul edildi. Ancaq təəccüblü olan odur ki, o zaman da məktəb üçün dəqiq bir başlanğıc tarixi yox idi. Sərəncamda qeyd olunurdu ki, 8-10 yaşlı uşaqlar payızda məktəbə getməlidirlər. Amma dəqiq vaxt göstərilmirdi.

SSRİ-də dərs ilinin başlama tarixi kimi 1 sentyabrın seçilməsinin iki versiyası var:

Sentyabrın 1-i Rusiya da daxil olmaqla 10-dan çox Avropa ölkəsini birləşdirən qlobal kommunist təşkilatı olan Gənclər Kominterninin təşəbbüsü ilə ilk dərs günü idi. Təşəbbüs gəncləri sülhə təşviq etmək və Birinci Dünya Müharibəsinə qarşı birləşdirmək məqsədi ilə sentyabr ayının ilk bazar günü Beynəlxalq Gənclər Gününün keçirilməsi idi. 1932-ci ildən isə dərs ilinin başlaması üçün sabit bir tarix müəyyənləşdirildi: 1 sentyabr. Üç il sonra bu gün SSRİ tərəfindən təhsilin rəsmi başlanğıc tarixi kimi seçildi.

İkinci versiya

Sentyabrın 1-i kök salmış kilsə ənənəsinə görə ilk dərs günü oldu. XV əsrin sonundan 18-ci əsrin əvvəllərinə qədər pravoslavlar 1 yanvar əvəzinə Yeni ili 1 sentyabrda qeyd edirmişlər. Məhz buna görə tədris ilinin də Yeni ilin ilk günündə başladılması versiyası önə sürülüb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO