Ağadadaş Ağayevi bu bank məhkəməyə verdi - YENİ QALMAQAL

Ağadadaş Ağayevi bu bank məhkəməyə verdi - YENİ QALMAQAL

Hazırda oxunan: Ağadadaş Ağayevi bu bank məhkəməyə verdi - YENİ QALMAQAL

211672

Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb.

Bizim.Media gününsəsi.info-ya istinadən xəbər verir ki, Xalq artisti bu dəfə "Dəmir Bank"a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib.
 

Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş "DəmirBank" ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o, bunu ödəməkdən imtina edib. Nəticədə Fond Xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib.


Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb.

Bu vəsaitin 50 min manata yaxın olduğu bildirilir.

Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl məhşur balta olayı ilə gündəmə gəlib. Bu hadisəyə görə də cinayət işi başlanıb və istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO