Şuşada ilk dərs günü FOTOLARDA

Şuşada ilk dərs günü FOTOLARDA

Hazırda oxunan: Şuşada ilk dərs günü FOTOLARDA

211670

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Şuşa şəhərində 32 ildən sonra ilk məktəb zəngi çalınıb. Müəllim və şagirdlər sevinc hissi ilə sinif otaqlarına daxil olublar.

Bizim.Media bununla bağlı keçirilən tədbirdə hazırlanan fotoları sizə təqdim edir.

Xatırladaq ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 960 şagird yerlik üçmərtəbəli binası beş blokdan ibarətdir.
 

Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var.


Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar da var. Məktəbin şagirdləri ən qabaqcıl standartlara uyğun təhsil alacaqlar.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO