Avqustun 30-da Masazır qəsəbəsi ərazisində bir nəfərin bank kartından 490 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 34 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində bir nəfərin bank kartından 55 manatını oğurlamaqda şübhəli bilinən 21 yaşlı C.Abbasov, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə sentyabrın 12-də şəhər ərazisində bir nəfərin bank kartından 91 manatını oğurlamaqda şübhəli bilinən 18 yaşlı A.Bəbirov və 22 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 16.09.2024
Bank kartlarından oğurluq edən şəxslər TUTULDU
Hazırda oxunan: Bank kartlarından oğurluq edən şəxslər TUTULDU
Hazırda oxunan: Bank kartlarından oğurluq edən şəxslər TUTULDU
211669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.