Ağstafada yeni məktəb binası istifadəyə verildi - FOTO/VİDEO

Ağstafada yeni məktəb binası istifadəyə verildi - FOTO/VİDEO

Hazırda oxunan: Ağstafada yeni məktəb binası istifadəyə verildi - FOTO/VİDEO

211651

Yeni tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra yeni inşa olunmuş məktəblər istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, bunların sırasında Ağstafa rayonu Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin binası da var.

Məktəb binasının birinci korpusu 1930-cu ildə, ikinci korpusu isə 1988-ci ildə inşa olunub. Ötən müddət ərzində bina köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən məktəb üçün 220 şagird yerlik yeni bina inşa edilib.

Burada 12 sinif otağı, fizika və kimya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.

Üçmərtəbəli məktəb zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəbin həyətyanı ərazisində də abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO