Sabahdan etibarən Bakıda bağlı qalan yollar açılacaq

Sabahdan etibarən Bakıda bağlı qalan yollar açılacaq

Hazırda oxunan: Sabahdan etibarən Bakıda bağlı qalan yollar açılacaq

211600

Sabahdan etibarən "Formula 1"ə görə məhdudiyyət tətbiq edilən yolların açılmasına başlanılacaq. 

Bizim.Media xəbər verir ki, beton bloklar və piyadalar üçün quraşdırılmış körpülərin sökülməsi isə 1 həftə - 10 gün ərzində həyata keçiriləcək. 

Xatırladaq ki, bu gün “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell ("Mercedes") üçüncü olub.

Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Həmilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO