Sumqayıtda narkotik aludəçisi ürəktutmadan VƏFAT ETDİ

Sumqayıtda narkotik aludəçisi ürəktutmadan VƏFAT ETDİ

Hazırda oxunan: Sumqayıtda narkotik aludəçisi ürəktutmadan VƏFAT ETDİ

211595

Sumqayıt şəhərində narkotik cinayətlərinə görə dəfələrlə məhkum olunan, narkotik aludəçisi ürəktutmadan ölüb.

Bizim.Media xəbər verir ki, şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən tədbirlərlə üzərindən 2 bükümdə psixotrop maddə olan metamfetamin aşkarlanan 1979-cu il təvəllüdlü Sahib Gözəli saxlanılıb. 

Bu zaman onun halı qəfil pisləşdiyindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya aparılıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, S.Gözəlinin həyatını xilas etmək mümkün olmayıb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO