Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub, buradakı şəraitlə tanış olub və mühazirə oxuyub.
Bizim.Media xəbər verir ki, Riçard Mur 2020-ci ilin iyulunda Britaniyanın xarici kəşfiyyat xidmətinin rəhbəri təyin olunub.
Xarici İşlər Nazirliyində siyasət direktoru vəzifəsində çalışmış Murun Britaniya kəşfiyyatının rəhbəri təyin olunmasını o zaman çoxları üçün gözlənilməz olmuşdu. Çünki bu vəzifəyə Daxili İşlər Nazirliyində təhlükəsizlik məsələlərinə və terrorla mübarizəyə cavabdeh olan, məşhur Eton Kollecindən o vaxtkı baş nazir Boris Consonun məktəb dostu Tom Hurdun təyin ediləcəyi deyilirdi.
Digər namizəd isə daha əvvəl ölkəni BMT-də təmsil etmiş, Böyük Britaniyanın ABŞ-dakı səfiri Karen Pirs idi. Amma xarici kəşfiyyatı Mura etibar etdilər.
Riçard Mur 9 may 1963-cü ildə Liviyada anadan olub. Riçardın atası diplomatı olub, bu səbəbdən onun doğum yeri bu Şərq ölkəsi göstərilir. Atası Liviyadan başqa Rusiya və Səudiyyə Ərəbistanında da işləyib. Ona görə Mur 5 il də Moskvada yaşayıb. Sosial şəbəkələrdə aktiv olan Mur 2019-cu ilin dekabrında "Twitter"də paytaxt Moskvanın fotosunu yayaraq "Kiçik uşaq olanda burada yaşamışam, Həyatımdakı ilk xatirələrim Rusiyadandır" sözlərini yazıb.
Britaniya kəşfiyyatının rəhbəri Oksfordda fəlsəfə və siyasi iqtisadiyyat üzrə bakalavr dərəcəsi aldıqdan sonra, 1987-ci ildə Mİ6-da işləməyə başlayıb.
1988-ci ildən müxtəlif ölkələrdə diplomatik mühafizə altında çalışıb. 2005-2012-ci illərdə Mur Xarici İşlər Nazirliyi sistemində, o cümlədən Yaxın Şərq məsələləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2014-cü ilin yanvarında Richard Mur Türkiyənin İngiltərədəki səfiri təyin olunub. O, Türkiyədə səfir kimi London və Ankara arasında sıx əlaqələr qurmağı bacarıb.
Türkiyədə FETÖ-nun hərbi çevrilişə cəhdi zamanı Qərb ölkələrinin səfirləri gözləmə mövqeyində olarkən, Mur dərhal Ərdoğan hakimiyyətini dəstəkləyib, hadisələrdən bir neçə gün sonra İngiltərə xarici işlər nazirinin müavini Alan Dunkanın Türkiyəyə səfərini təşkil edib. Bu jesti isə İngiltərənin Türkiyədə mövqeyini gücləndirib. Rusiya mediasının iddiasına görə, o vaxtdan bəri Mur Ərdoğanın ən yaxın dostlarından biridir. O, türkcəni o qədər mükəmməl bilir ki, 2016-cı ildə Türkiyənin “Hürriyyət” qəzeti Muru ölkədə ilin ən nüfuzlu üç bloqçusundan biri adlandırıb.
Evli və iki uşaq atası olan Murun hobbilərinə qolf, qaçış və akvalanqla dənizin dibinə dalmaq daxildir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:25 / 15.09.2024
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri Türk dilini mükəmməl bilir - DOSYE
Hazırda oxunan: Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri Türk dilini mükəmməl bilir - DOSYE
Hazırda oxunan: Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri Türk dilini mükəmməl bilir - DOSYE
211555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.